Topaz Premyer Liqasının XIX turunun "İnter"lə oyunu 5 futbolçunun "Xəzər Lənkəran"da debüt etməsi ilə əlamətdar olub. Siasport.az saytının məlumatına görə, matça start heyətində çıxan Elnur Cəfərov, Antonio Doblas, Alvaro Silva və sonradan meydana daxil olanlar – Marin Orsuliçlə Uğur Pamuk ağ-yaşıl formada ilk rəsmi qarşılaşmasını keçirib.
Bununla da klub tarixində bu formanı geyinənlərin ümumi sayı 157-yə çatıb. Belə ki, bu qarşılaşmayadək komandada oynamaq 152 futbolçuya nəsib olmuşdu.
Mövsümün arxada qalan hissəsində daha 8 futbolçu "Xəzər Lənkəran"da debüt edib. 18 turda Ruslan Abışov, Orxan Sadıqlı, Ağabala Ramazanov, Kamran Abdullazadə, Andre Roberto "Beto", Vanderson Skarduell, Dimitrios Sialmas və Akif Tağıyev bunu bacarıb. Bir sözlə, mövsümün debütantlarının sayı 13-ə çatıb.
İndiyədək milliləşənlər də nəzərə alınmaqla, 92 legioner və 60 yerli oyunçu komandanın şərəfini qorumuşdu. "İnter"lə matçdan (2:3) sonra bu siyahıya 4 legioner və 1 yerli əlavə olundu. Bununla da legionerlərin ümumi sayı 96-ya, yerlilərinki isə 61-ə çatıb.
İspaniyalılar Antonio Doblas və Alvaro Silva debüt etməklə "Xəzər Lənkəran" tarixində bu ölkə təmsilçilərinin sayını 3-ə çatıdırb. Onlara qədər Mario Rosas buna nail olmuşdu. Marin Orsuliç isə Roberto Alvizdən sonra 2-ci xorvatiyalı olub. Milliləşən Uğur Pamuk isə Almaniya futbolunun "Xəzər Lənkəran"dakı ilk yetirməsidir. Bununla da Almaniya "Xəzər Lənkəran"da təmsil olunan 34-cü ölkə olub: Rumıniya - 18, Braziliya - 12, Türkiyə - 9, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, İspaniya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali, Xorvatiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, Yunanıstan, Almaniya – hərəsi 1.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB