“Azerreyl” Çempionlar Liqasında mübarizəni dayandırdı

“Azerreyl” Çempionlar Liqasında mübarizəni dayandırdı

Qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarında ¼ final mərhələsinin cavab görüşləri keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Mərkəzində Bakının "Azerreyl" komandası İtaliyanın "Yamamay" kollektivini qəbul edib.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə ilk üç set voleybolçularımızın 3:0 (25:23, 25:18, 25:21) üstünlüyü ilə başa çatıb. İlk oyunda "Yamamay"ın 3:2 hesablı qələbəsi cütün taleyini Qızıl setə saxlayıb.
Lakin Qızıl setdə rəqibinə 11:15 hesabı ilə məğlub olan "Azerreyl" mübarizəni dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə