Əfqan Talıbov: "Oyunumuz pozuldu, səhvlər artdı"

Əfqan Talıbov: "Oyunumuz pozuldu, səhvlər artdı"

"Yalnız ilk 30 dəqiqədə səhvsiz oynadıq. Buraxılan ilk qoldan sonra oyunumuz pozuldu, səhvlər artdı". Siasport.az saytının məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 16-cı turundan təxirə salınmış "Turan" -"Bakı" (0:4) matçından sonra Tovuz təmsilçisinin baş məşqçisi Əfqan Talıbov deyib. Mütəxəssis komandasının oyunda ruhdan düşdüyünü bildirib: "Fasilədəki əvəzetmələrlə dönüş yaratmağa çalışdıq. Lakin qapımıza vurulan qollar komandanı tamamilə ruhdan saldı. Qarşıda "Xəzər Lənkəran"la səfər oyunumuz var, çox çətin olacaq. Həmin oyunda xal qazanmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə