Topaz Premyer Liqasının 16-cı turundan təxirə salınmış oyunda "Bakı" "Turan"ı 4:0 hesabı ilə məğlub edərək ilk altılığa düşmək şanslarını bir qədər yaxşılaşdırıb. Siasport.az saytının məlumatına görə, oyundan sonra fikirlərini bildirən "Bakı"nın baş məşqçisi Bojidar Bandoviç komandasının yaxşı oynadığını qeyd edib: "Məqsədimiz yalnız qələbə qazanmaq idi. Buna yaxşı oyunla nail olduq. Turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırdıq. "Altılıq" uğrunda mübarizəni sona kimi davam etdirəcəyik. Həm oyundan, həm də nəticədən razı qaldım. İlk hissədə daha çox qol vurmalı idik. Bu qələbə qarşıdakı 3 oyuna ümidlə yollanmaq baxımından da lazım idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB