Böyükağa Hacıyev: "Zəif oynayan futbolçunun mövqeyinə digərini buraxacağıq"
"Çox maraqlı oyun alındı, azarkeşlər darıxmadı. "Neftçi" hər oyun daha da yaxşı oynamalıdır". Bu sözləri Topaz Premyer Liqasının 4-cü turundan təxirə salınmış AZAL - "Neftçi" (2:1) oyunundan sonra qonaqların baş məşqçisi Böyükağa Hacıyev deyib. O, komandasının açıq futbol oynadığını vurğulayıb: "Hesabda irəli çıxmağımıza baxmayaraq, açıq futbol oynadıq. Bizə lazım olan üç xalı aktivimizə yazdıq. "İnter"lə olan xal fərqini öz aramızda keçiriləcək oyunda aradan qaldırmalıyıq. Yeni transferlər komandada rəqabət yaratmalıdır. Zəif oynayan futbolçunun mövqeyinə digərini buraxacağıq. Komandada az da olsa rəqabət yaratdığımıza şadam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB