Topaz Premyer Liqasının 4-cü turundan təxirə salınmış AZAL - "Neftçi" oyununda qonaq komanda 2:1 hesabı ilə qalib gəlib. Siasport.az saytının məlumatına görə, oyundan sonra fikirlərini bildirən AZAL-ın baş məşqçisi Vaqif Sadıqov komandasının sona qədər mübarizə apardığını qeyd edib: "Çox vacib oyun idi, komandam sona kimi mübarizə apardı. Bu gün "Neftçi" qalib gəlmədi, AZAL məğlub oldu. İlk hissədə bir neçə qol imkanından istifadə edə bilmədik. Orxan və Usim zədə səbəbindən bu gün komandaya kömək edə bilmədilər. Qarşıda üç oyunumuz var, ilk altılığa düşməyə çalışacağıq. Futbolçular öz adları üçün oynamalıdır. Biz altılıqda oynamağa layiqik. Hər oyunda 5-6 qol epizodu yaradırıq, lakin istifadə edə bilmirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB