Bombardirin qardaşından ilk

Topaz Premyer Liqasının XIX turundakı "İnter"lə oyun (2:3) daha iki futbolçunun "Xəzər Lənkəran"da qol hesabını açması ilə əlamətdar olub. Siasport.az saytının məlumatına görə, rəqib qapısına yol tapan hər iki futbolçu ilk dəfə bunu bacarıb. Milliləşən almaniyalı Uğur Pamuk elə ilk matçında qol hesabını açmağı bacarıb. Komandada cari mövsüm debüt edən Ağabala Ramazanov isə 9-cu oyununda "siftə" edib.

Bununla da klub tarixində fərqlənən oyunçuların sayını 78-ə çatıb. Ramazanov "Xəzər Lənkəran"da qol sevinci yaşayan 29-cu yerli futbolçudur. Milliləşən almaniyalı Pamuk isə 49-cu əcnəbi qolçudur. Bu əcnəbilər 21 ölkəni təmsil edir.

Qeyd edək ki, komandanın bombardirlər siyahısına Ağabalanın qardaşı - 44 qol vuran Zaur Ramazanov başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə