"Xəzər Lənkəran” tarixində yeni ad

"Xəzər Lənkəran” tarixində yeni ad

Yeniyetmə futbolçu Elnur Cəfərov "Xəzər Lənkəran"ın tarixinə düşüb. Siasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XIX turunun "İnter"lə qarşılaşmasında meydana çıxan hücumçu klub tarixinin ən gənc futbolçusu olub.

1997-ci il martın 28-də anadan olan Elnur fevralın 11-dəki qarşılaşmada meydana çıxanda 16 yaşı tamam olmamışdı. 15 yaş 320 günlüyündə "Xəzər Lənkəran"ın əsas heyətində debüt edən yeniyetmə buna 16 yaşından tez nail olan ilk oyunçu oldu.

Bunadək rekord Kazım Kazımlıya məxsus idi. O, 16 yaş 66 günlüyündə əsas komandada debüt etmişdi. Artıq 3-cü olan Fikrət Ulduzlu 16 yaş 237 günlüyündə buna nail olub. Daha 2 oyunçu - İlqar Qurbanov (16 yaş 310 gün) və Rahid Əmirquliyev (16 yaş 344 gün) 17 yaşı tamamlamamış debüt imkanı qazanıb.

Kazımlı və Ulduzlunun debütü ölkə kubokuna təsadüf edib. Onlar çempionatda ilk matça nisbətən gec çıxıblar. Debütü Premyer Liqaya təsadüf edən Elnur isə çempionatda ən gənc oyunçu olan İlqar Qurbanov və Rahid Əmirquliyevi arxada qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə