"Onlar bizdən üstün oynadıqlarından, qələbə qazandılar"

"Onlar bizdən üstün oynadıqlarından, qələbə qazandılar"

Qış fasiləsindən sonrakı ilk oyunda "Neftçi"yə məğlubiyyət "Kəpəz"in düşərgəsində məyusluğa səbəb olsa da, futbolçular ruhdan düşmür və qarşıdakı oyunlara ciddi hazırlaşırlar. Siasport.az saytının məlumatına görə, Məhərrəm Hüseynov da bu cür oyunçulardandır: "Bakılılarla oyunda meydana çıxıb, əlimizdən gələni etdik. Amma yenə də istənilən kimi oynaya bilmədik. Hər şey göz qabağında idi. Onlar bizdən üstün oynadıqlarından, qələbə qazandılar. Bununla belə, ruh düşgünlüyünə qapılmırıq. İstəyimiz yenilgilərə son qoyub, nəticə əldə etməkdir. İnşallah, azarkeşlərimizi qələbərlə sevindirərik".

Bütün xəbərlər Facebook səhifəmizdə