"Kəpəz"in yeni transferi Cəmşid Məhərrəmov "Neftçi" ilə oyun haqda açıqlama verib. Siasport.az saytının məlumatına görə, Bakı klubu ilə görüşdə komandada debüt edən futbolçu məğlubiyyətə yol açan səbəblər barədə danışıb: "Oyunun ağır olacağını bilirdik. Uzun müddətdir ki, bir yerdə oynayan futbolçulardan qurulmuş kollektivə qarşı mübarizə apardıq. Az da olsa, rəqibə öz oyunumuzu göstərə bildik. Bizim komandada yeni oyunçular, xüsusən də gənclər çoxdur. Uyğunlaşma baxımından hələ bir-birimizə tam öyrəşə bilməmişik. Çalışacağıq ki, qarşıdakı oyunlarda daha yaxşı şəkildə çıxış edək".
Müdafiəçi köklü kluba keçdiyini və komandanın uğursuzluğa son qoyması üçün əlindən gələni edəcəyini bildirib: "Kəpəz"in adı var. Klubun əvvəlki mövqeyini özünə qaytarmalıyıq. Komandanın daha yaxşı çıxış edəcəyinə, irəliyə gedəcəyinə inanıram. Elə bu ümidlə də kluba gəlmişəm. Bura vaxt keçirməyə yox, futbol oynamağa, komandanın uğurlu çıxışı üçün əlimizdən gələni etməyə gəlmişik. Qarşıdakı oyunlarda daha yaxşı "Kəpəz"i görə biləcəksiniz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB