Ferguson bu axşam "Real"a qarşı hansı futbolçuları meydana buraxacaq?

Ferguson bu axşam "Real"a qarşı hansı futbolçuları meydana buraxacaq?

"Mançester Yunayted"in baş məşqçisi Aleks Fergüsson bu axşam UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə qarşılaşacağı Madrid "Real"ı ilə oyunda bir sıra gənc futbolçulara üstünlük verib. Siasport.az saytı xəbər verir ki, təcrübəli çalışdırıcı Madridə De Xea, Lindeqor, Byuttner, Evans, Evra, Ferdinand, Cons, Rafael, Smollinq, Vidiç, Anderson, Kerrik, Kleverli, Giggz, Nani, Valensiya, Yanq, Ernandes, Kaqava, Runi, Van Persi və Uelbeklə yollanıb. Ən maraqlısı odur ki, bu axşamkı qarşılaşmada təcrübəli Pol Skoulz meydana çıxmayacaq. Çünki onun adı Madridə gedənlərin siyahısında yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə