VI Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində keçirilmiş Azərbaycan – Latviya oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildiriblər. Siasport.az saytı baş məşqçilərin fikirlərini diqqətinizə çatdırır:
Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi): "İkinci hissəyə nisbətən ilk yarıdakı oyunumuz daha yaxşı təsir bağışladı. Fasilədən sonra müəyyən qədər fərqli oynadıq. Ümumilikdə oyundan razı qaldım. Eyni zamanda, bu gün Özbəkistan yığmasını məğlub etmiş ikinci yığmamızı da qeyd etmək istərdim. Avropa çempionatının seçmə mərhələsi zamanı həmin heyətdən əsas milliyə bəzi oyunçular cəlb oluna bilər. Seçim imkanının geniş olması müsbət haldır.
Bu turnirdəki əsas rəqibimizin Belarus yığması olduğunu düşünürəm".
Artur Şketov (Latviya millisinin baş məşqçisi): "İki erkən qol buraxdıq. Buna görə birinci hissədə oyunumuz alınmadı. Müdafiədə kobud səhvlər buraxdıq. Fasilədən sonra müəyyən taktiki dəyişikliklər etdik və birinci hissə ilə müqayisədə daha yaxşı oynadıq. Müxtəlif səbəblər üzündən əsas heyətin bir neçə oyunçusunun xidmətindən yararlana bilmirik. Sözsüz ki, bu da oyunumuza mənfi təsirini göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB