Milli komandamızın Qazaxıstan toplanışı davam edir

Milli komandamızın Qazaxıstan toplanışı davam edir

Boks üzrə milli komandamız Qazaxıstanın Astana şəhərindəki Boksun İnkişafı Mərkəzində təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytının məlumatına görə, hazırlıqda yerli idmançılarla yanaşı, Ukrayna və Özbəkistan komandaları da iştirak edirlər. Komandalar iki qrupa bölünərək məşq edirlər. Əvvəlcə 69 kq-dan 91+kq çəki dərəcəsinədək olan dəri əlcək ustaları hazırlıq keçir. Daha sonra isə rinq 49 kq-dan 64 kq-dək olan boksçulara verilir.

Qeyd edək ki, hər dəfə məşq prossesini müxtəlif ölkələrin çalışdırıcıları keçirlər. Qazaxıstan milli komandasının baş məşqçisi Mirzaqalı Aytjanov 4 ölkənin mübarizə aparacağı turnirə adi yarış kimi baxmır: "Biz Qazaxıstan çempionatında qələbə qazanmış yeni boksçuları da sınayacağıq. Komanda üzvlərinin bəziləri beynəlxalq turnirlərə yollanacaq, bəziləri isə burada çıxış edəcək. Bu il qarşımıza məqsəd qoymuşuq ki, Qazaxıstanda keçiriləcək dünya çempionatında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaq".

Toplanışa son olaraq Özbəkistan millisi qoşulub. Orta Asiya ölkəsi də Qazaxıstana əsas heyəti aparıb. Qazaxıstan komandasının heyətində də İvan Dıçko, Daniyar Yeleusinov, Adilbek Niyazimbetov kimi tanınmış boksçular məşq edirlər.

Toplanışda ən çox sayda idmançı ilə təmsil olunan Azərbaycan yığmasıdır - 18 boksçu.

Ukrayna komandasının heyətində 13 boksçu yer alıb ki, onların da əksəriyyəti son ölkə çempionatının qalibləridir. Onların ən məhşuru Bakıda dünya çempionu olan Yevgeni Xitrovdur.

Xarırladaq ki, 4 ölkənin boksçularının iştirak edəcəyi beynəlxalq turnir fevralın 14-də "Daulet" İdman Kompleksində başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə