İntizam Komitəsi cərimə və cəzaları açıqladı

İntizam Komitəsi cərimə və cəzaları açıqladı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

09 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XIX turunun "Rəvan" – "Turan" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). 09 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XIX turunun AZAL – "Simurq" matçının 62-ci dəqiqəsində "Simurq" klubunun 3 №-li futbolçusu Rasim Ramaldanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

09 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XIX turunun "Qəbələ" – "Qarabağ" matçının 30 və 54-cü dəqiqələrində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunur (maddə 52).

10 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XIX turunun "Bakı" – "Sumqayıt" oyunun 59-cu dəqiqəsində "Bakı" klubunun 5 №-li futbolçusu Aqil Nəbiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

10 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XIX turunun "Xəzər Lənkəran" – "İnter" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 88-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

08 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun "Rəvan" – "Turan" oyunun 29-cu dəqiqəsində "Rəvan" klubunun 10 №-li futbolçusu Anar Hüseynov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

09 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun "Qəbələ" – "Qarabağ" oyunun 90+2-ci dəqiqəsində "Qarabağ" klubunun 9 №-li futbolçusu Osman Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).

10 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun "Xəzər Lənkəran" – "İnter" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

25 dekabr 2012-ci il "Kapital Bank U-15 Liqa"nın "Qarabağ" – "Rəvan" matçının 66-cı dəqiqəsində "Qarabağ" klubunun 8 №-li futbolçusu Camal Camalov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

25 dekabr 2012-ci il "Kapital Bank U-15 Liqa"nın "Xəzər Lənkəran" – "Turan" matçında "Turan" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

25 dekabr 2012-ci il "Kapital Bank U-15 Liqa"nın AZAL – "Əlincə" matçının 29-cu dəqiqəsində "Əlincə" klubunun 8 №-li futbolçusu Adəm Əsgərov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

25 dekabr 2012-ci il "Kapital Bank U-15 Liqa"nın "Kəpəz" – "Sumqayıt" matçının 25-ci dəqiqəsində "Kəpəz" klubunun 17 №-li futbolçusu Abbas Abbasov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

Oyunun 25-ci dəqiqəsində "Sumqayıt" klubunun 6 №-li futbolçusu İsmayıl Əliyevin aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

08 fevral 2013-cü il Futzal üzrə Azərbaycan çempionatının "Neftçi" – "Şəmkir" matçında "Şəmkir" klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

03 fevral 2013-cü il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin "Disput" – "MU" matçında "MU" klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

03 fevral 2013-cü il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin "Bolluq" – "Sədərək" matçının 49-cu dəqiqəsində "Sədərək" klubunun 9 №-li futbolçusu Şakir Alıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyun başa çatdıqdan sonra "Bolluq" klubunun 6 №-li futbolçusu Amid Səmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

02 fevral 2013-cü il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin "Şuşa" – "Çinar" matçının 48-ci dəqiqəsində "Şuşa" klubunun 22 №-li futbolçusu Seymur Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

02 fevral 2013-cü il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin "Abşeron" – "Uğur" matçının 45-ci dəqiqəsində "Abşeron" klubunun 44 №-li futbolçusu Araz Omarov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 46-cı dəqiqəsində "Uğur" klubunun 11 №-li futbolçusu İlqar Talıbov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

03 fevral 2013-cü il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin "Metropoliten" – "Bakı Fire" matçının 44-cü dəqiqəsində "Bakı Fire" klubunun 4 №-li futbolçusu Turan İmanlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

03 fevral 2013-cü il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin "Xəzri" – "Fənərbağça" matçının 21-ci dəqiqəsində "Fənərbağça" klubunun 7 №-li futbolçusu Asif Zeynalov idmançıya yaraşmayan hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır(maddə 48).

"Simurq" klubu Topaz Premyer Liqasının 20 dekabr 2012-ci il tarixində keçirilmiş "Simurq" – "Rəvan" matçında klubun futbolçularına göstərilmiş sarı vərəqələrin ləğv edilməsi ilə bağlı İntizam Komitəsinə müraciət etmişdir. Lakin İntizam Kodeksinə uyğun olaraq "Simurq" klubunun bu müraciəti əsassız hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə