"Qalatasaray"ın yeni transferi olan Didye Droqba, bazar günü keçirilən "Antalyaspor" qarşılaşmasından sonra maraqlı açıqlama ilə çıxış edib. Türkiyənin "Milliyet" qəzeti yazır ki, ulduz futbolçu qarşılaşmada iki qol vuraraq azarkeşlərin alqışını qazanan Burak Yılmaz barədə xoş sözlər söyləyib: "Mən "Qalatasaray"da Elmanderin usta qolçu olduğnu bilirdim. Amma Burak barədə öz gözlərimlə gördüm. O birinci qolda əzmkarlıq, ikinci vuruşda isə güclü iradə nümayiş etdirdi. Belə bir gənc hücumçu ilə əla işlər görəcəyik" deyə D.Droqba fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB