Azərbaycanlı hakim beynəlxalq turnirdə baş koordinator olacaq

Azərbaycanlı hakim beynəlxalq turnirdə baş koordinator olacaq

1-2 mart 2013-cü il tarixdə Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 43-cü beynəlxalq turnir keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnirin baş koordinatoru Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov olacaq. O, FİLA-nın nümayəndəsi kimi yarışların təşkilinə və gedişinə nəzarət edəcək.

Turnirdə ölkəmizin qadın güləşçilərdən ibarət yığma komandasının da iştirakı planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə