Tovuz şəhər stadionunda əsaslı təmir işlərinin aparılması və ot örtüyünün yenilənməsi ilə əlaqədar olaraq "Turan" klubu ev oyunları Bakıda keçirəcək. Siasport.az saytının məlumatına görə, bu barədə klub PFL-ə məktub ünvanlayıb və PFL prezidenti Ramin Musayev məsələ ilə bağlı əmr imzalayıb. Belə ki, Topaz Premyer Liqasında "Turan" klubunun əsas heyəti ev oyunlarını "Dalğa Arena" stadionunda, əvəzedici komanda isə Tovuz Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB