Türkiyənin Konya şəhərində gənclər arasında karatenin WKF (Dünya Karate Federasiyası) versiyası üzrə 40-cı Avropa çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, yarışın U-21 turnirində ölkəmizi təmsil edən Tural Ağalarzadə (68 kq) finalda rusiyalı Yevqeniy Plaxutini məğlub edərək Avropa çempionu olub.
Hesabında bir qızıl, bir gümüş və beş bürünc medal olmaqla millimiz Avropa çempionatında yeddinci yerdə qərarlaşıb.
Qeyd edək ki, ümumi komanda hesabında Türkiyə birinci, İngiltərə ikinci və İspaniya millisi isə üçüncü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB