“İqtisadçı” “Qalatasaray” və “Beşiktaş”la oynayacaq

“İqtisadçı” “Qalatasaray” və “Beşiktaş”la oynayacaq

Bakının qadınlardan ibarət "İqtisadçı" voleybol komandası təlim-məşq toplanışında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə yola düşüb. Siasport.az saytının məlumatına görə, hazırlıq prosesi çərçivəsində "İqtisadçı" Çempionlar Liqası yarışlarının "Dördlər finalı"na ev sahibliyi edəcək "Qalatasaray" komandası ilə fevral 12-də və 13-də yoldaşlıq oyunu keçirəcək.
Bundan başqa, fevral 14-də "İqtisadçı" ilə Türkiyənin digər nüfuzlu klubu olan "Beşiktaş" arasında da yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə