XIX turun yubileyləri STATİSTİKA

XIX turun yubileyləri STATİSTİKA

2013-cü ilin ilk rəsmi matçı "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev üçün əlamətdar olub. Siasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XIX turunun "Kəpəz"lə oyununda komandasını 50-ci çempionat matçına çıxarıb. Bu 50 qarşılaşmada bakılılar 30-cu qələbəsini qazanıb. Hacıyevin rəhbərliyi altında 5 heç-heçə edən "ağ-qaralar" 15 dəfə uduzub. Bu matçlardakı top fərqi 93:51-dir.

mövsüm

O

Q

H

M

T-F

X

2011/12

32

20

3

9

55-30

63

2012/13

18

10

2

6

38-21

32

Cəmi

50

30

5

15

93-51

95

"Rəvan" Topaz Premyer Liqasında uğursuz oyunlar seriyasına son qoyub. Ötən il noyabrın 19-da AZAL-ı 1:0 hesabı ilə məğlub etdikdən sonra ardıcıl 5 məğlubiyyət alan bakılılar 82 gündən sonra 3 xal qazanıb. "Turan" üzərində 2:0 hesablı qələbə qazanan paytaxt təmsilçisinin başa çatan məğlubiyyət seriyası klub tarixinin antirekordu olub. Son turdakı qələbə həm də bakılıların Premyer Liqada 15-ci qələbəsi olub.

AZAL-ın baş məşqçisi Vaqif Sadıqov paytaxt təmsilçisini 25-ci dəfə meydana çıxarıb. AZAL-ı 24 çempionat və 1 kubok matçına çıxaran Sadıqovun rəhbərliyi altında komanda 7 qələbə qazanıb və eyni sayda məğlubiyyət acısı yaşayıb. Digər 11 qarşılaşma isə heç-heçə ilə başa çatıb.

Mövsüm, turnir

O

Q

H

M

T-F

X

2011/12, çempionat

6

2

3

1

5-3

9

2012/13, çempionat

18

5

8

5

22-20

23

2012/13, kubok

1

0

0

1

0-1

0

Cəmi, çempionat

24

7

11

6

27-23

32

Cəmi

25

7

11

7

27-24

32

Bütün xəbərlər Facebook səhifəmizdə