Sağlam gəncliklə xoşbəxt gələcəyə doğru

Sağlam gəncliklə xoşbəxt gələcəyə doğru

Fevralın 17-də Sumqayıt Paralimpia İdman Kompleksində "Sağlam gəncliklə xoşbəxt gələcəyə doğru" devizi altında sayokan milli döyüş sənəti üzrə Respublika turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnirdə Bakı (Suraxanı, Sabunçu, Nərimanov, Binəqədi, Yasamal), Sumqayıt, Şəki, Qazax, Neftçala, Tərtər, Mingəçevir, Bərdə, Xaçmaz, Beyləqan, Qubadlı, Şuşa, Agcəbədi, Füzuli, Ağdam, Yevlax komandaları iştirak edəcək. İştirakçılar Sayokan döyüş sənətinin Alaqan və Baturalp döyüş sistemlərində mübarizə aparacaq. Bütün komandalar istənilən say tərkibdə təmsil olunacaq. Turniri Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi tərəfindən yaradılmış təşkilat komitəsi həyata keçirəcək.
Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin prezidenti Vasif Namazov qeyd edib ki, turnirin bu deviz altında həyata keçirilməsində məqsəd türk xalqlarının döyüş sənəti olan Sayokanın respublika ərazisində inkişafına nail olmaqdır: "Yarışın keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin formalaşmasında müsbət əxlaqi keyfiyyətlərin sağlam inkişafına nail olmaq, gənclərin vətənə məhəbbət ruhu ilə cəsarətli və qorxmaz böyüməsinə xidmət etmək, siqaret, spirtli içki, narkomaniyaya qarşı mübarizə və uşaqların cinayətdən uzaq qalması üçün maarifləndirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə