Karles Bakes: "Oyunçularımızda mübarizə vaxtı sərtlik yox idi"

Karles Bakes: "Oyunçularımızda mübarizə vaxtı sərtlik yox idi"

"Oyuna yaxşı başlamadıq. İlk qolda "İnter"in oyunçusu sərbəst qaldı, rahatlıqla zərbəni qapıya vurdu, qol oldu". Siasport.az saytının məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XIX turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "İnter" (2:3) matçından sonra cənub təmsilçisinin baş məşqçisi Karles Bakes deyib. Baş məşqçi komandasında sərtlik olmadığını bildirib: "Oyunçularımızda mübarizə vaxtı sərtlik yox idi. İki fərqli hissə oynadıq. İkinci hissədə daha yaxşı oyun göstərdiyimizi düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə