London "Arsenal"ının braziliyalı forvardı Andre Santos, koryerasını vətəni Braziliyada davam etdirəcək. Siasport.az saytı xəbər verir ki, London klubunda ilk 11-liyə daxil olmaqda çətinlik çəkən braziliyalı forvard, bundan sonra vətənində "Gremio" klubunda çıxış edəcək. Bu barədə həm futbolçu, həm də Braziliya klubu rəsmi açıqlama ilə çıxış ediblər. Xatırladaq ki, A.Santos bir neçə il bundan əvvəl İstanbulun "Fənərbaxça" futbol klubunda çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB