Arsen Venger "Qalatasaray" barədə danışdı...

Arsen Venger "Qalatasaray" barədə danışdı...

"Arsenal"ın baş məşqçisi Arsen Venger, İstanbulun "Qalatasaray" futbol klubu ilə bağlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, təcrübəli fransalı futbol mütəxəssisi hesab edir ki, yeni mövsüm də də Türkiyə çempionu olmağa bir nömrəli namizəd elə "Qalatasaray"ın özüdür: "Düşünürəm ki, İstanbul klubu diqqətini daha çox UEFA Çempionlar Liqasına yönəldəcək. Çünki keçən il olduğu kimi, bu il də "Qalatasaray"ın növbəti dəfə Türkiyə çempionu olacağına şübhə yeri yoxdur. Ona görə də, onlar bütün diqqətlərini Çempionlar Liqasına çevirəcəklər"-deyə A.Venger fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə