Yunan-roma güləşi üzrə yeniyetmələr arasında Bakı birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, turnirə baş məşqçi Akif Əliyevin rəhbərliyi altında "İnter"in idmançıları da qatılıblar. 46 və 50 kq çəki dərəcələrində mübarizə aparan Ceyhun Novruzov və Ələkbər Ələkbərov yarışı 5-ci yerdə başa vurublar. 58 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm İsayev yalnız həlledici görüşdə məğlub olaraq turniri 2-ci pillədə başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB