"Xəzər Lənkəran" - "İnter" matçında 5 qol YENİLƏNİB

"Xəzər Lənkəran" - "İnter" matçında 5 qol YENİLƏNİB

Topaz Premyer Liqasının XIX turunun son oyunu keçirilir. Siasport.az saytının məlumatına görə, paytaxtın "İnter" klubu Lənkəranda "Xəzər Lənkəran"ın qonağıdır.

- Qonaqlar erkən qola sevinirlər. Matçın 5-ci dəqiqəsində Asif Məmmədov hesabı açır.

- "İnter" ikinci qolu meydan sahibinin qapısından keçirir. Matçın 30-cu dəqiqəsində Baçana Tsxadadze komandasının ikinci qolunu vurur.

- Birinci hissə başa çatdı.

- İkinci hissə başlandı.

- "Xəzər Lənkəran" oyunun 52-ci dəqiqəsində hesab arasındakı fərqi azaldır. Qolun müəllifi Uğur Pamukdur.

- "Xəzər Lənkəran" ardıcıl hücümlar təşkil edir. Komandanın cəhdləri hələ ki, nəticə vermir. "İnter" isə rəqibini ara-sıra əks hücumlarda yaxalamağa çalışır (70-ci dəqiqə).

- Paytaxt təmsilçisi daha bir qol vurur. Samir Zərgərov oyunun 82-ci dəqiqəsində fərqi 2 qola çatdırır - 1:3.

- Cəmi 1 dəqiqə sonra "Xəzər Lənkəran"ın futbolçusu Ağabala Ramazanov hesabı yenə minimuma endirir.

- Oyunun əsas vaxtına 3 dəqiqə əlavə edilir.

- Oyun başa çatdı.

11 fevral

16:00. "Xəzər Lənkəran" – "İnter" 2:3

Qol: Asif Məmmədov, 5, Baçana Tsxadadze, 30, Uğur Pamuk, 52, Samir Zərgərov, 82, Ağabala Ramazanov, 83.

Baş hakim: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Ramil Diniyev

Lənkəran. Şəhər mərkəzi stadionu

İlk dövrədəki oyun – 0:0

"Xəzər Lənkəran": 30. Toni Doblas, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 6. Roberto Alvis, 10. Elnur Abdullayev, 11. Dimitrias Sialmas, 14. Rahid Əmiqruliyev, 16. Adrian Pit, 27. Manuel Skarlatake, 97. Elnur Cəfərov

Baş məşqçi: Karles Bakes

"İnter": 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İlya Kandelaki, 20. Brüs Abdulaye, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze, 30. Yuri Fomenko

Baş məşqçi: Kaxaber Sxadadze

10 fevral (bazar)

"Qəbələ" – "Qarabağ" - 1:1

"Bakı" - "Sumqayıt" - 1:1

9 fevral (şənbə)

AZAL - "Simurq" - 1:1

"Rəvan" - "Turan" - 2:0

"Kəpəz" - "Neftçi" - 0:3

Bütün xəbərlər Facebook səhifəmizdə