AZAL 3 futbolçu transfer edib

Bakının AZAL klubu qış transfer pəncərəsində heyətini gücləndirməkdə davam edir. Siasport.az saytının məlumatına görə, paytaxt klubu mövsümün əvvəlini "Neftçi"də keçirmiş müdafiəçi Saşa Yunisoğlu ilə 6 ay + 1 il şərti ilə müqavilə bağlayıb.

Komanda həmçinin serbiyalı yarımmüdafiəçi Vladimir Boqdanoviç və ABŞ-dan olan Uilyam Conla da rəsmi müqavilə imzalayıb. Futbolçular 2,5 il AZAL-ın şərəfini qoruyacaqlar.

Artıq yeni futbolçuların AZAL-da hansı nömrə altında çıxış edəcəyi də müəyyənləşib. Belə ki, S.Yunisoğlu 77, V.Boqdanoviç 32, U.Con isə 28 nömrəsini seçiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə