"Sərhədçi" İdman Olimpiya Mərkəzində Dünya Boks Seriyası (WSB) Liqasının 8-ci turu çərçivəsində "Baku Fires" (Azərbaycan) və "Rusiya" komandaları qarşılaşıblar. Siasport.az saytının məlumatına görə, komandamız bu dəfə də 4:1 hesabı ilə qalib gələrək 100 faizlik nəticə ilə turnir cədvəlində liderliyini davam etdirir.
Görüşdə Elvin Məmişzadə (54 kq, "Baku Fires") Vyaçeslav Taşkarakova, Mixail Veselev (73 kq) Sergey Sitinikova, İaqo Kiziriya (85 kq) Dmitri Bivola, Hacı Murtuzəliyev (91 kq-dan yuxarı) Sergey Kalçuqinə qalib gəlib. Məhəmmədəli Ukayev (61 kq, "Baku Fires") isə Eduard Xusainova məğlub olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB