“İnter” Peşəkar İdman Klubu daha bir yeniliyə imza atdı

“İnter” Peşəkar İdman Klubu daha bir yeniliyə imza atdı

"İnter" Peşəkar İdman Klubu daha bir yeniliyə imza atıb. Siasport.az saytının məlumatına görə, klub bu gündən etibarən yeni "Radio "İnter" layihəsini təqdim edib.

Pərəstişkarlarını artıq "İnterTV" layihəsi ilə sevindirmiş klub ümid edir ki, radio da azarkeşlərin zövqünə uyğun gələcək. Qurum yeni radio vasitəsilə klub xəbərlərini azarkeşlərin diqqətinə çatdırmağı planlaşdırır. "İnter" həmçinin auditoriyanı maraqlı qonaqlarla müxtəlif mövzulara həsr olunmuş proqramlarla da sevindirməyi düşünür.

Radioya qoşulmaq üçün www.inter.az saytına daxil olmaq kifayətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə