"Yeni ildə ilk oyunumuz idi, qələbə qazanmaq istəyirdik. İlk hissədə oyuna nəzarət etsək də, rəqib əks-hücumlarda təhlükəli idi". Siasport.az saytının məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XIX turu çərçivəsində keçirilən "Bakı" - "Sumqayıt" (1:1) matçından sonra paytaxt təmsilçisinin baş məşqçisi Bojidar Bandoviç deyib. O, komandasının səhvlərə yol verdiyini qeyd edib: "Geri düşdükdən sonra gözəl qol vurub, hesabı bərabərləşdirdik. İkinci hissəyə də yaxşı başladıq. Lakin bəzi epizodlarda ötürmələrdə səhvlər edirdik, topu rəqibə bağışlayırdıq. Qırmızı vərəqə oyunumuza təsir etdi. Rəqib komanda əks-hücumda bir neçə dəfə fərqlənə bilərdi. Qarşıdakı oyunlarda qalib gəlməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB