"Xəzər Lənkəran" argentinalı futbolçu Luçano Esteban Olginlə müqavilə imzalayıb. Siasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu ilə müqavilənin müddəti 1,5 ildir.
Luçano 2004-cü ildə Argentinanın "Reysinq" və "San Martin" klublarında oynayıb. 2005-ci ildən başlayaraq o, Belçika çempionatında çıxış etməyə başlayıb və bu ölkənin "Royal Antverp" (2005-2008) və "KSK Beveren" (2008-2009) klublarının şərəfini qoruyub. 2009/10 mövsümündə Luçano Yunanıstanın "Pierikos" klubunda oynayıb. 2010-cu ildən başlayaraq Olgin Çin çempionatında çıxış edib. Onun oynadığı klublar "Tianjin Teda" və "Hohhot Dongjin" olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB