Ötən il Azərbaycan Atçılıq Federasiyası üçün uğurlu olub

"Ötən il Azərbaycan Atçılıq Federasiyası üçün uğurlu olub". Siasport.az saytının məlumatına görə, bunu "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilmiş tədbirdə Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev deyib.
O qeyd edib ki, ötən il ölkəmizdə 8 beynəlxalq turnir təşkil olunub: "Yarışlarda yerli atlardan istifadə edilib və 18 yaşı tamam olmamış idmançılar da birincilik uğrunda mübarizə aparıblar".

Tədbirdə həmçinin cari ildə keçiriləcək yarışlar, cıdır mövsümü barədə məlumat verilib, inşa olunan infrastruktur haqda danışılıb.

Qeyd edək ki, sonda bir qrup idmançı və məşqçiyə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə