Azər Məmmədovun karyerasını bitirməsindən sonra "Kəpəz" klubunda kapitan sarğısı Xəyal Zeynalova verilib. Siasport.az saytının məlumatına görə, A.Məmmədovun oynadığı dövrlərdə onun yoxluğunda vitse-kapitan kimi futbolçuları meydana çıxaran qolkiper indi komandanın əsas kapitanı olacaq. Xəyalın kapitan seçilməsi ilə boş qalan vitse-kapitan postunu Nikolay Svejentsev tutub.
Xatırladaq ki, "Kəpəz"in digər vitse-kapitanı Şahin Kərimovdur. Çərçivə qoruyucunun meydana çıxmadığı görüşlərdə sarğını Svejentsev və ya Kərimov daşıyacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB