Fatih Terim: "Daha bir "aslan" qazandıq!"

Fatih Terim: "Daha bir "aslan" qazandıq!"

"Qalatasaray"ın yeni transferi olan Didye Droqba bir neçə saat bundan əvvəl İstanbula gəlib. Siasport.az saytı xəbər verir ki, minlərlə "Qalatasaray" azarkeşini böyük coşqu ilə qarşıladıqları ulduz futbolçu, yerli fanatlarla xatirə şəkilləri şəkdirib və şəxsi imzalar paylayıb. Bundan sonra "Qalatasaray"ın əsas binasına gedən D.Droqba burada baş məşqçi Fatih Terimlə görüşüb. D.Droqbanın dünyanın ən ulduz futbolçularından biri olduğunu elan edən "imperator" bildirib ki, onun komandasına daha bir "aslan" qoşulmuş olub. D.Droqbanın komandanın gələcək inkişafında böyük rol oynayacağına ümid etdiyini deyən F.Terim, onun komandanın gücünə güc qatacağını əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə