Futbol üzrə milli komandamızın üzvü Cavid Hüseynov Lixtenşteyn yığması ilə Dubayda keçirilən yoldaşlıq oyunundan sonra Türkiyənin Adana şəhərinə yollanıb. Siasport.az saytının məlumatına görə, Türkiyə çempionatının birinci liqasında mübarizə aparan "Adana Dəmirspor" klubundan ayrılan yarımmüdafiəçi yır-yığış edərək Bakıya qayıdıb. C.Hüseynov sabahdan etibarən "Bakı" klubunun düşərgəsində olacaq. Klub onunla müqavilə bağlanmağa hazırlaşır.
Qeyd edək ki, C.Hüseynov 2012-ci ildən "Adana Dəmirspor"un şərəfini qoruyur. //Futbol11.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB