UEFA Avropa Liqasının 1/16 final mərhələsində İstanbulun "Fənərbaxça" futbol klubunun rəqibi olan Belarus "Bate"sinin baş məşqçisi iddialı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, "Bate"nin baş məşqçisi olan gənc Viktor Konçarenko belə hesab edir ki, cavab qarşılaşmasında "Fənərbaxça"nın azarkeşləri olmadan boş tirbunalar qarşısında oynaması onların xeyrinə olan amildir. Baş məşqçi hesab edir ki, hazırda "Fənərbaxça"da işlər qaydasında getmir və bu komandaya qarşı azarkeşlər tərəfindən ciddi təzyiqlər baş qaldırıb. V.Konçarenko iddia edir ki, bütün bu amillərdən istifadə edərək, rəqibə qarşı xüsusi psixoloji təzyiq planı hazırlayıb və hər iki qarşılaşmada bu metoddan istifadə edərək mərhələni adlamağa çalışacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB