"Kəpəz" 2 futbolçu transfer etdi

"Kəpəz" 2 futbolçu transfer etdi

Transfer pəncərəsi dövründə "Kəpəz" heyətinə daha iki legioner futbolçu qatıb. Siasport.az saytının məlumatına görə, onların hər ikisi türkmənistanlıdır. 26 yaşlı Pirkuli Saparov yarımmüdafiəçidir. Saparov Aşqabadın "Altın Asır" klubunun yetirməsidir. Raximberdı Baltayev isə Türkmənistanın "Aşqabad" komandasından dəvət olunub. O, ampluaca sol cinah müdafiəçisidir. 27 yaşlı Baltayev ölkəsinin əsas yığma komandasının da formasını geyinib. "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov düşərgədə olan futbolçuları bəyənib və onlarla mövsümün sonuna kimi müqavilə bağlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə