Ruslan Abışova qızıl medal təqdim olundu FOTO

"Rubin" klubuna transfer olunan Ruslan Abışov, qardaşı Sərxan Abışovla birgə yetirməsi olduğu "Neftçi" PFK-nın bazasında olub. Siasport.az saytının məlumatına görə, "Rubin" klubunun düşərgəsinə yollanmamışdan öncə doğma komandasına baş çəkən futbolçu klub rəhbərliyi ilə görüşüb. Görüşdə o, "Neftçi"nin yetirməsi olduğunu və futbolu burada öyrəndiyini vurğulayıb. Ruslan Abışov futbolda əldə etdiyi nailiyyətlərə görə "Neftçi"yə borclu olduğunu da deyib: "Əgər futbolda nəyəsə nail olmuşamsa, bunu "Neftçi"yə borcluyam. Komandadan ayrılsam da klub rəhbərliyi və burada çalışan insanlarla mütəmadi əlaqə saxlayıram. "Neftçi" ilə ardıcıl 2 il çempionluq yaşamışam. Mənim ən böyük nailiyyətlərim bu klubun adı ilə bağlıdır. Mən doğma klubumdan halallıq almamış yola çıxa bilməzdim".

Görüşün sonunda "Neftçi"nin heyətində çempionluq yaşamış Ruslan Abışova ötən mövsümün qızıl medalı təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə