Ronaldo Mourinyo ilə aralarında narazılıq olduğunu etiraf etdi!

Ronaldo Mourinyo ilə aralarında narazılıq olduğunu etiraf etdi!

"Real"ın portuqaliyalı ulduz futbolçusu Kriştiyanu Ronaldo, bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı futbolçu, baş məşqçisi Joze Mourinyo ilə bir ara münasibətlərinin gərgin olduğunu "AS" qəzetinə verdiyi müsahibədə etiraf edib. O bildirib ki, keçən il həmyerlisi olan baş məşqçi ilə şəxsi müstəvidə gərginlik yaşayıb. Artıq aralarında heç bir problemin olmadığını deyən K.Ronaldo, J.Mourinyonun mövsümün sonuna qədər "Real"ın sükanı arxasında olacağını, iyundan sonra isə onun başqa komandaya baş məşqçi getmək ehtimalının da yüksək olduğunu dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə