"Şalke" Hunteları da itirdi...

Almaniyanın "Şalke" futbol klubu daha bir futbolçusunu itirməli olub. Siasport.az saytı xəbər verir ki, komandanın hollandiyalı forvardı və əsas qol ümidi sayılan Huntelar gözlərindəki problem ucbatından həttda futbolu buraxmaq təhlükəsi ilə üzləşib. Türkiyənin "Ntvspor.net" idman saytı yazır ki, klubun həkimləri futbolçunun gözündə ciddi zədə aşkarlayıblar. Onun həttda UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Qalatasaray"la keçiriləcək qarşılaşmada meydana çıxmayacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə