Sadıq Sadıqov futbolçularla görüşüb

Sadıq Sadıqov futbolçularla görüşüb

"Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov "U-14 Azərbaycan kuboku"nun qalibi olmuş komanda üzvləri ilə görüşüb. Siasport.az saytının məlumatına görə, klub prezidenti çıxışında yeniyetmə futbolçular tərəfindən əldə olunan uğurların hər zaman diqqətdə saxlanıldığını vurğulayıb. Ölkəmizdə bütün idman növlərinə, eləcə də futbola dövlət səviyyəsində qayğı göstərildiyini bildirən S.Sadıqov uğur qazanmış yeniyetmələrin hər birinin gələcəkdə Azərbaycan futboluna faydalı olacağına inandığını söyləyib. Tədbirin sonunda klub prezidenti komanda üzvləri ilə birgə xatirə şəkli çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə