Vaqif Cavadov: "Qurban Qurbanovun məni hücumun sivri ucunda oynatmasına gəlincə..."
"Qarabağ" klubu "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, Antalyadan təlim-məşq toplanışından döndükdən sonra millilərə 6 futbolçu göndərən komanda tam heyətlə çalışa bilmirdi. Dünən Lixtenşteynlə qarşılaşan millimiz artıq Bakıdadır. Oyun yeganə qola imza atan "Qarabağ"ın forvardı Vaqif Cavadov bununla da millidə qollarının sayını 8-ə çatdıraraq bu göstəricidə 2-ci sıraya yüksəldi. Vaqif verdiyi açıqlamada daha ətraflı danışıb: "Millimizin bu il ilk qələbəsi çox vacib idi. Bu qələbə bizim əhval-ruhiyyəmizə pozitiv təsir göstərəcək. Millidə bombardir olmaq əsas hədəfim deyil. Amma təbii ki, hələ gəncəm. Ümid edirəm ki, hələ uzun müddət millidə oynayıb qol hesabımı artırmaq şansım olacaq. İndi çempionata köklənmək lazımdır. Qarşıdan "Qəbələ" ilə oyun gəlir. Qəbələlilər hamıdan çox transfer edib. Onlar da yüksək yerlərə iddialıdırlar. Olduqca çətin oyun olacaq. Düzdür, son zamanlar "qırmızı-qara"larla görüşlərdə qələbə qazana bilmirik, amma meydana çıxanda qələbəni statistika qazanmır. Qurban Qurbanovun məni hücumun sivri ucunda oynatmasına gəlincə, mənim üçün belə baxanda, fərqli yoxdur. Məşqçimiz üçün harda daha çox fayda verəcəyim maraqlıdır. Millidə qol vurduqdan sonra təbii ki, "Qəbələ"yə də qol vurmaq istərdim. Amma qələbə qolunu. Uğurlu başlamaq çox yaxşıdır. İnanıram ki, Qəbələdən istədiyimiz nəticə ilə dönəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB