"Qarabağ" klubunun terapesti Oktay Gürsoy yenicə seminardan dönüb. Siasport.az saytının məlumatına görə, terapist 3,5 illik təhsilin ardından İNLPTA-nın (Beynəlxalq Neyro Təhqiqatlar Assosasiyası) diplomuna layiq görülüb. İnsanların fizioloji təkamülünün təcrübi yönləri üzərində tədqiqatlar edən G.Oktay təcrübələrini idmançılar - futbolçular və basketbolçular üzərində yerinə yetirib. Terapist bu barədə açıqlama verib: "Bu çalışma subyektlərin təcrübələrinin psixoloji təzahürü üzərindədir. İNLPTA 40 ildir bu sahədə çalışmaları ilə diqqət çəkir. Mənim 3,5 illik tədqiqatım idmançıların eyni aspektdəki fəaliyyətinin analizi və yenilənməsi üzərində idi. Təbii ki, öyrəndiklərimi "Qarabağ" klubunda tətbiq edəcəyəm. İnşAllah, bu hamımız üçün faydalı olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB