"Ağ at" İdman klubunda qol güləşi üzrə keçirilən Bakı şəhər açıq çempionatı başa çatıb. Siasport.az saytının məlumatına görə, çempionatda "Məhsul", "Saleh", "Rauf", "Emir" idman klublarını təmsil edən 80 müxtəlif çəki dərəcələrində idmançı mübarizə aparıb.
Nəticələrə görə Vilayət Namazzadə, Bəxtiyar İbrahimli, Ümid Quliyev, Hicran Ağayev, Ənvər Hüseynov, Azad Ələsgərov, Şahin Vazehi, Həbib Muradov, Tamerlan Xanlarov, Vüsal Cəmilov və Seymur Yaqubov birinci yerə layiq görülüblər.
Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB