“Xəzər Lənkəran”ın transfer edəcəyi futbolçunun kimliyi müəyyənləşdi

“Xəzər Lənkəran”ın transfer edəcəyi futbolçunun kimliyi müəyyənləşdi

Xəbər verdiyimiz kimi, Antalya toplanışını başa vuraraq vətənə dönən "Xəzər Lənkəran" heyətini daha bir hücumçu ilə gücləndirir. Siasport.az saytının məlumatına görə, "ağ-yaşıllar"ın sıralarına qatmaq istədiyi və adını sirr kimi saxladığı argentinalı futbolçunun kimliyi müəyyənləşdirilib. Əldə olunan məlumata görə, bu, 30 yaşlı Lusiano Olquindir.

Məlumatı Sportal.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev də təsdiqləyib.

Zəngin karyeraya malik olan hücumçu Gürcüstanın paytaxtı Tbilisiyə gələrək ölkəmizə keçmək üçün Azərbaycan səfirliyindən viza alıb. Onu cənub klubunun bir neçə nümayəndəsi qarşılayıb.

Qeyd edək ki, 1,88 sm boya sahib olan Olquin karyerası ərzində Argentinanın "Rasinq", "San Martin", Belçikanın "Royal Antverp", "Beveren", Yunanıstanın "Periakos", Çinin "Tianjin Teda", "Çanqjun Yatay" və Kolumbiyanın "Ameriko de Kali" klublarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə