İstanbulun "Qalatasaray" futbol klubunun yeni transfer olan Didye Droqba, sabah İstanbula gələcək. Siasport.az saytı xəbər verir ki, Fildişi Sahilləri millisinin düşərgəsindən dünən axşam ayrılan ulduz futbolçu, Londondakı bir sıra şəxsi işlərini qaydasına qoyduqdan sonra, "Qalatasaray" prezidenti Ünal Aysalın şəxsi təyyarəsi ilə cümə günü Türkiyəyə yollanacaq. Yeni komandasının "Antalyaspor"la bazar günü keçiriləcək qarşılaşmasında meydana çıxması real görünməyən futbolçunun, bu qarşılaşmanı tribunadan izləyəcəyi bildirilir. Türkiyə mətbuatı xəbər verir ki, artıq "Qalatasaray" azarkeşləri ulduz futbolçunu qarşılaşamaq üçün xüsusi hazırlıqlara başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə