Dubay şəhərində keçirilmiş Azərbaycan - Lixtenşteyn yoldaşlıq oyunundan sonra millimizin baş məşqçisi Berti Foqts fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, qarşılaşmadan razı qalmayıb: "Oyundan razı qala bilmərəm. Çünki daha çox qol vurmalı idik. Bizi final mərhələsinə düşmək uğrunda mübarizədə güclü rəqiblərlə sınaq gözləyir. Buna görə də bəzən futbolçulardan çox şey tələb edirəm. Sağ cinahda bu gün Bədavi Hüseynov çıxış etdi. Gələcəkdə də ondan bu mövqedə yararlana bilərəm. Rəşad Sadiqov başa düşməlidir ki, belə bir vəziyyətdə risk etmək olmaz. Əminəm ki, o hər şeyi yaxşı anlayır. Bəlkə də hesab etdi ki, belə qol vurmaq olar. Ancaq növbəti matçlarda daha diqqətli olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB