"Kəpəz"in legioneri Nikolay Svejentsev açıqlama verib. Siasport.az saytının məlumatına görə, rusiyalı futbolçu məşq prosesinin gedişatından danışıb: "Çempionat oyunlarına hazırlaşırıq. Məşq şəraitimiz yaxşıdır. Hər bir futbolçu məşqçilərin verdiyi tapşırıqları yerinə yetirməklə, öz üzərinə düşən işin öhdəsindən maksimum şəkildə gəlməyə çalışır. Yoxlama oyunlarında gücümüzü sınadıq. Baş məşqçimiz Mahmud Qurbanov oyunçuların hazırlıq səviyyəsinə nəzər yetirib, yəqin ki, özü üçün qeydlər aparıb. Heyətdə baxışda olanlardan oyunu ilə seçilənlər komandaya cəlb olunub. Əsas məqsədimiz qış fasiləsindən sonra daha yaxşı çıxış etməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB