Topaz Premyer Liqasının ikinci mərhələsinə "Bakı" ilə oyunla start verəcək "Sumqayıt" klubu hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, komanda Bernhard Raabın rəhbərliyi altında "Bayıl Arena"da növbəti məşqinə çıxıb. Bir müddət əvvəl məşqdə zədələnən Murad Ağayevin "zolaqlılar"la qarşılaşmada iştirakı sual altındadır. A millinin heyətində yer alan Səlahət Ağayev və Pərdis Fərcad-Azad isə komandaya nisbətən gec qoşulacaq.
Qeyd edək ki, fevralın 10-da "Bakı"nın Təlim-Məşq Bazasında baş tutacaq qarşılaşma saat 13:30-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB