"Qarabağ" "Qəbələ" üçün hazırlaşır

"Qarabağ" "Qəbələ" üçün hazırlaşır

"Qarabağ" "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın XIX turunda eyniadlı rayonun komandasının qonağı olacaq Ağdam təmsilçisi gündə 2 dəfə məşq etməklə oyuna hazırlaşır. "Qarabağ" şimallılarla oyuna heç də tam heyətlə çalışa bilmir. 5 futbolçusunu Azərbaycan, 1-ni isə Albaniya millisinə göndərən komanda millilərin xidmətindən 2 gün sonra yararlana biləcək. "Qarabağ"ın çalışması Suraxanı qəsəbə stadionunda baş tutacaq.

Ağdam təmsilçisi fevralın 8-i Qəbələyə yollanacaq. Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" görüşü fevralın 10-nunda, saat 15:30-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə